Vəzifə öhdəlikləri:
- Bankın ayrı-ayrı qurumları tərəfindən daxil olmuş sorğuların təhlil edilməsi;
- Daxil olan biznes tələblər əsasında yeni hesabatların yaradılması;
- Yaradılmış hesabatların istifadəçilər tərəfindən avtomatik əldə edilə bilməsi üçün nəzərdə tutulmuş sistemdə (Bİ tool) yerləşdirilməsi;
- Hesabatların istifadəçilər tərəfindən avtomatik əldə edilə bilməsi üçün nəzərdə tutulmuş sistemdə tənzimləmə işlərinin aparılması;
- Daxil olmuş sorğular əsasında hesabatlara əlavələrin, eləcə də şərtlərinə dəyişikliklərin edilməsi;
- Hesabatlarda yaranan problemlərin araşdırılması və onların düzəlişi üçün tədbirlərin görülməsi;
- Hesabatlarda istifadə olunması üçün yeni proqram vahidlərinin yazılması və onların test edilməsi.
Tələblər:
- İş təcrübəsi- tələb olunmur
- Dil biliyi- Azərbaycan dili- yüksək,İngilis dili-yüksək,rus dili-yüksək
- SQL və PL/SQL - Orta
- Oracle BI - Orta
- MS Office - Yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.