Bank of Baku Bank of Baku
  • 350

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Müraciətlərə baxılması bölməsinin eksperti

Müraciətlərə baxılması bölməsinin eksperti

  • Deadline 3 Oktyabr 2025

Vəzifə öhdəlikləri:

  • Departamentin icraatında olan işlər üzrə müştərilər, zaminlər və digər aidiyyatı şəxslərin evinə, iş yerinə və digər əlaqəli ünvanlarına məktub və bildirişlər göndərir, habelə onların qeydiyyatını aparır.
  • Departamentə gələn müştərilərə yerində bildirişlər verir. 
  • Bildirişlərin hazırlanmasında proqram təminatı və informasiya mənbələrindən ünvanları dəqiqləşdirir.
  • Müştəri və zamin barədə kredit dosyelərinin, həyat sığortası müqavilələrinin və digər aidiyyatı sənədləri filial və bölmələrdən alır.  
  • Departament əməkdaşlarının sənədlərini (icazə, izahat, məzuniyyət ərizələrinin və.s) hazırlayır və rəsmiləşdirir.
  • Departament adından məktubların (restrukturizasiya, ilə bağlı, səhv ödəniş nəticəsində gecikməyə düşmüş kreditlərlə bağlı, müştərinin borcunun bağlanmasına dair və s.) və ərizələrin (avtomobillərin başqa şəxsin adına təkrar qeydiyyatı ilə bağlı və s.) hazırlanmasını təmin edir.
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir. 
  • Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarınınvə/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Sahə üzrə iş təcrübəsi tələb olunmur
  • Word-yaxşı
  • Excel-yaxşı

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily12
  • Weekly648
  • Monthly648