Vəzifə öhdəlikləri:
- Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir.
- Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir.
- Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir.
- Proqramların texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir.
- Verilənlər bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək verir.
- Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması və yenilənməsi işlərində iştirak edir.
- Məlumat bazası strukturuna (cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır.
- Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak edir.
- İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar təqdim edir.
- Rəhbəri və komanda tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirir.
Tələblər:
- İş təcrübəsi- tələb olunmur
- Dil biliyi- Azərbaycan dili- yüksək,İngilis dili-orta
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.