Vəzifə öhdəlikləri:
- Bankın kredit məhsullarının, bütün növ kreditlərin verilməsi üzrə prosedur və qaydaların təkmilləşdirilməsi və catışmazlıqların aradan qaldırılması barədə bölmə rəhbərinə təkliflər verir;
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirir;
- Müraciətlər əsasında Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir;
- Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlilini aparır;
- Təqdim olunan kredit təkliflərinə ilkin baxış keçirilməsi və müzakirəsində iştirak edir;
- Müştərinin maliyyə təhlili, monitorinqi və nəzarət səfərlərinin aparılmasını həyata keçirir.
Tələblər:
- Ali təhsil
- Sahə üzrə iş təcrübəsi- 1-2 il
Dil biliyi:
- Azərbaycan - Yüksək
Kompüter biliyi:
- MS Word – Yüksək
- MS Excel – Yüksək
- SQL - Yaxşı
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.