Bank of Baku Bank of Baku
  • 151

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Sahə monitorinqi bölməsinin eksperti

  • Deadline 4 Sentyabr 2025

Vəzifə öhdəlikləri:

  • Bankın kredit məhsullarının, bütün növ kreditlərin verilməsi üzrə prosedur və qaydaların təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması barədə bölmə rəhbərinə təkliflər verir.
  • Mikro, Korporativ və KOS portfeli üzrə mütəmadi monitorinqlər aparır, müştərinin maliyyə təhlili və nəzarət səfərlərinin aparılmasını həyata keçirir;
  • Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə edir;
  • Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən edir və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirir;
  • Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil edir;
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın  verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr verir; 
  • Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanmasını həyata keçirir; 

Tələblər:

  • İş təcrübəsi- 1-2 il
  • Dil biliyi- Azərbaycan dili- yüksək,Rus-orta
  • MS Office – yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily8
  • Weekly623
  • Monthly741