Bank of Baku Bank of Baku
  • 188

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Sistem administrator, Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin baş eksperti

Sistem administrator, Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin baş eksperti

  • Deadline 7 Fevral 2026

Vəzifə öhdəlikləri:

  • İnformasiya sistemlərinin və xidmətlərinin, server avadanlığının fasiləsiz işinin planlaşdırılması, təşkili və nəzarəti (təminat və monitorinq, məlumatların ehtiyat nüsxəsi, sistemin idarə edilməsi);
  • Planlı profilaktik işləri təşkil edilməsı, resurslara cavabdeh olan şəxslərlə ilə əlaqənin fasilələrinın razılaşdırılması;
  • Server və texnoloji avadanlığlarım nasazlığı aşkarlandığda bərpa işlərini təşkil edilməsı , server otağında temperatur rejiminin pozulmasına və digər yarana biləcək qüsurları əvvəlcədən proqnozlaşdırmaq və aradan qaldırmaq;
  • Məlumat sızmasının qarşısının alınması, təhlükəsizlik tədbirlərinin yoxlanılması və sistem proqram təminatının həssaslarının aşkarlanması barədə İnformasiya Təhlükəsizliyi İdarəsinin işçiləri ilə qarşılıqlı əlaqə qurmaq;
  • Yüksək hazırlıq zamanı (məsələn, virus pandemiyası zamanı) proqram təminatlarının uzaqdan idarə olunması və icrası üçün proqram təminatının idarə edilməsini iştirak etmək;
  • İT-İnfrastrukturuna aid olan Proseslərin və siyasətlərin işlənib hazırlanmasını və qrup tərəfindən onlara riayət olunmasını təmin etmək. Proseslərin ardıcıl surətdə icrasının və fasiləsiz təkmilləşdirmənin təmin olunmasına görə məsuliyyət daşımaq;
  • Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər barədə iştirakçılara rəsmi qaydada məlumat vermək;
  • Tələb olunan hallarda hər hansı məsələlərin birbaşa departament rəhbərlıyınə eskalasiya edilməsinə görə məsuliyyət daşımaq;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (və ya eyni sahədə 5 il təcrübəsi);
  • Komanda Rəhbəri / Sistem Administratorlarının Rəhbər üzrə ən az 1 il təcrübəyə malik olması;
  • İnformasiya təhlükəsizliyinin əsaslarını barəsındə müvafiq anlayışa malik olmaq;
  • Şəbəkə texnologiyaları barəsındə müvafiq anlayışa malik olmaq
  • Məlumat bazasının necə işləməsi barəsındə müvafiq anlayışa malik olmaq;
  • Əməliyyat sistemlərinin idarə etmə təcrübəsinə və biliyə malik olmaq (Linux/CentOS/RedHat/Ubuntu);
  • Virtuallaşdırma və virtual mühitin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(VMWARE);
  • Zabbix, PRTG monitorinq sistemi və server təhlili və idarə edilməsi üzrə təcrübyə malik olmaq;
  • Web server administrasiyası üzrə təcrübəyə və biliyə malik olmaq(Apache, Tomcat, Nginx və s.);
  • Unix əsaslı platformaların mərkəzləşdirilmiş serverlərin idarə olunması üzrə təcrübəyə və biliyə malik olmaq (Ansible, Foreman);
  • Ehtiyat vasitələrinin idarə edilməsi (Veeam, Veritas) üzrə təcrübəyə və biliyə malik olmaq;
  • Saytlararası Replikasiya alətlərinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(Zerto);
  • Baza serverinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq (Postgres, MariaDB);
  • Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq;
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly750
  • Monthly772