Vəzifə funksiyaları
- Bankın binalarında nəzərdə tutulmuş bərpa, yenidənqurma və təmir-tikinti işlərində iştirak etməli, ixtisaslaşdığı sahə üzrə işləri özü həyata keçirməlidir;
- Ehtiyac duyulduqda kənardan dəvət olunmuş usta-təmirçilərin işini təşkil etməli, onlara tapşırılmış işlərə nəzarət etməli və yerinə yetirilmiş işləri qəbul etməlidir.
- Bankın bütün filiallarında mütəmadi olaraq baxış keçirməli, məişət avadanlığının profilaktik təmirini təşkil və təmin etməlidir.
- Təmir –tikinti işləri üçün gərəkli olan bəzi materialların alışını təşkil etməli, həmin materialların düzgün məqsədlərlə istifadə olunmasına cavabdehlik daşımalıdır.
Yumşaq bacarıqlar
- Məsuliyyət
- Nizam intizam
- Etik davranış
- Dürüstlük
- Uyğunlaşma
Digər şərtlər
- Vətəndaş qüsursuzluğuna malik olmalıdır
- Azərbaycan dilini əla səviyyədə bilməli (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
- Ms Office proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır;
- Tikintidə təhlükəsizlik qaydalarını bilməlidir
- Fiziki işlə məşğul olmaq üçün səriştəsi olmalıdır
Dil biliyi
- Azərbaycan - Yüksək
- Rus - Orta
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Vakansiya ilə maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Təmir və xidmət bölməsinin eksperti” başlığını qeyd edərək, müraciət edə bilər.