Vəzifə öhdəlikləri:
- Bankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.
Əsas vəzifələr:
Bankomat
- bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;
- əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- problemli ödəniş əməliyyatlarının araşdırılması;
- inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;
- bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;
- nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.
Tələblər:
- Ali təhsil- bakalavriat
- İş təcrübəsi- sahə üzrə 1-3 il
- Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;
- Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması
- Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;
- Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;
- TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;
- Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;
- Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;
- Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq;
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.