Terminalların texniki dəstəklənməsi şöbəsinin eksperti

  • Истекает 26 сентябрь 2026

Vəzifə öhdəlikləri:

  • Bankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.

Əsas vəzifələr:

Bankomat

  • bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
  • bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;
  • əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • problemli ödəniş əməliyyatlarının araşdırılması;
  • inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;
  • bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;
  • nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.

Tələblər:

  • Ali təhsil- bakalavriat
  • İş təcrübəsi- sahə üzrə 1-3 il
  • Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;
  • Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması
  • Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;
  • Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;
  • TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;
  • Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;
  • Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;
  • Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq; 

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily27
  • Weekly249
  • Monthly135