Bank of Baku Bank of Baku
  • 249

Bank of Baku

Banks , Financial services ,

Texniki şöbənin kiçik eksperti (Ödəniş sistemləri departamenti)

  • Истекает 24 май 2025

Vəzifə öhdəlikləri:

  • Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) applikativ inzibatçılığı, sistem resurslarına nəzarət olunmasında iştirak edilməsi;
  • Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) bankdaxili və kənar sistem infrastrukturu ilə qarşılıqlı əlaqələndirilməsi üzrə tədbirlərin görülməsinda iştirak edilməsi;
  • Departament direktoru ilə razılaşdırılmaqla, müvafiq texniki sazlamaların və yenilənməllərin aparılması;
  • Meydana çıxmış texniki nasazlıqlar və digər problemlər barəsində təchizatçı şirkət və digər aidiyyatı tərəflər qarşısında sorğunun qaldırılması və müvafiq həllinə nail olunmasında iştirak edilməsi;
  • Bankın ödəniş sistemlərinin nəznində prosessinqin 24/7 rejimində işləməsinin təmin edilməsi;
  • Ödəniş kartları üzrə əməliyyat sisteminin (Web/Front/Back) yenilənməsi və verilənlər bazasına nazərət edilməsində iştirak;
  • Bankın emissiya etdiyi ödəniş kartları üzrə reyestrin formalaşdırılması və mütəmadi əsasda yenilənməsi;
  • Ödəniş kartları ilə aparılmış əməliyyatlar üzrə hər hansı bir axtarış və ya araşdırmanın aparılmasında iştirak edilməsi;
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;

Tələblər:

  • Sahə üzrə 1 il iş təcrübəsi
  • Ali təhsil- bakalavriat
  • Oracle SQL-yüksək
  • Vətəndaş qüsursuzluğuna malik olması;
  • Texniki və ya iqtisadiyyat sahələri üzrə ali təhsilə malik olmalıdır;
  • Bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi;
  • Ofis proqramları ilə işləmə bacarığının olması;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olması.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily10
  • Weekly718
  • Monthly2617