Vəzifə öhdəlikləri:
- Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) applikativ inzibatçılığı, sistem resurslarına nəzarət olunmasında iştirak edilməsi;
- Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) bankdaxili və kənar sistem infrastrukturu ilə qarşılıqlı əlaqələndirilməsi üzrə tədbirlərin görülməsinda iştirak edilməsi;
- Departament direktoru ilə razılaşdırılmaqla, müvafiq texniki sazlamaların və yenilənməllərin aparılması;
- Meydana çıxmış texniki nasazlıqlar və digər problemlər barəsində təchizatçı şirkət və digər aidiyyatı tərəflər qarşısında sorğunun qaldırılması və müvafiq həllinə nail olunmasında iştirak edilməsi;
- Bankın ödəniş sistemlərinin nəznində prosessinqin 24/7 rejimində işləməsinin təmin edilməsi;
- Ödəniş kartları üzrə əməliyyat sisteminin (Web/Front/Back) yenilənməsi və verilənlər bazasına nazərət edilməsində iştirak;
- Bankın emissiya etdiyi ödəniş kartları üzrə reyestrin formalaşdırılması və mütəmadi əsasda yenilənməsi;
- Ödəniş kartları ilə aparılmış əməliyyatlar üzrə hər hansı bir axtarış və ya araşdırmanın aparılmasında iştirak edilməsi;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;
Tələblər:
- Sahə üzrə 1 il iş təcrübəsi
- Ali təhsil- bakalavriat
- Oracle SQL-yüksək
- Vətəndaş qüsursuzluğuna malik olması;
- Texniki və ya iqtisadiyyat sahələri üzrə ali təhsilə malik olmalıdır;
- Bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi;
- Ofis proqramları ilə işləmə bacarığının olması;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olması.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.