Bank Respublika ASC Bank Respublika ASC
  • 103
Bank Respublika ASC

Bank Respublika ASC

Banklar , Maliyyə xidmətləri

Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

  • Deadline 13 Yanvar 2026

Mütəxəssis:

  • Əməliyyat riskinin idarə edilməsi prinsipləri və çərçivələri barədə biliklər;
  • Risk hadisələrinin qeydiyyatı, təhlili və hesabatlılığı;
  • Risk, Kontrol üzrə özünüqiymətləndirmə proseslərində iştirak və nəticələrin analizi;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorları və əsas nəzarət indikatorlarının izlənilməsi və təhlili;
  • Əməliyyat risklərinin azaldılması üzrə tövsiyə və təkliflərin hazırlanması;
  • Daxili qayda və prosedurların hazırlanmasında iştirak;
  • Daxili audit, komplayens və digər şöbələrlə əməkdaşlıq;
  • İnsidentlərin idarəolunması;
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Layihələrdə risk qiymətləndirilməsi aparmaq və risklərin azaldılması üzrə tövsiyələr vermək.

 Aparıcı mütəxəssis:

  • Risk indikatorlarının təyin edilməsi və monitorinq sisteminin qurulması ;
  • Risk, Kontrol üzrə özünüqiymətləndirmə proseslərində iştirak və nəticələrin analizi;
  • İtki məlumat bazasının toplanması;
  • əməliyyat riski hadisələrinin toplanması;
  • Əməliyyat riskləri üzrə Mərkəzi bank tələblərinin icrası;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorları və əsas nəzarət indikatorlarının izlənilməsi və təhlili;
  • Təlimat, metodologiya, qaydalar və hesabatlar hazırlamaq;
  • Daxili audit, komplayens və digər şöbələrlə əməkdaşlıq;
  • İnsidentlərin idarəolunması.

Tələblər

  • Əməliyyat risklərinin idarə olunması metodologiyaları, Basel standartları və ORM çərçivəsi haqqında biliklər;
  • RCSA, KRI, KCI, Risk Reyestri, Ssenari Analizi, İtki Məlumatlarının Toplanması, Risk Hadisələrinin İdarə Edilməsi üzrə praktik bilik və təcrübə arzuolunandır;
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Mütəxəssis vəzifəsi üzrə: Əməliyyat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Aparıcı mütəxəssis vəzifəsi üzrə: Əməliyyat sahəsində minimum 7 ilədək iş təcrübəsi;
  • Risklərin (xüsusilə əməliyyat riskləri) idarəedilməsi üzrə sertifikatların olmasına üstünlük verilir;
  • Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komanda və insanlar ilə işləmək bacarıqları;
  • Məsuliyyət və detallara qarşı diqqət.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil- Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly610
  • Monthly1178