Təsvir
- Bankın müxtəlif biznes istiqamətləri üzrə məlumatların təhlil edilməsi, mövcud problemlərin və inkişaf imkanlarının müəyyənləşdirilməsi;
- Böyük həcmli məlumatların SQL, Python və digər analitik alətlər vasitəsilə emalı, təhlili və interpretasiyası;
- Məlumatlar əsasında əsas tendensiyaların, səbəb-nəticə əlaqələrinin və biznesə təsir edən faktorların müəyyən edilməsi;
- Rəhbərliyin və biznes sahiblərinin qərarvermə prosesini dəstəkləyən data əsaslı analizlərin, hesabatların və tövsiyələrin hazırlanması;
- Biznes problemlərinin strukturlaşdırılması, uyğun analitik yanaşmanın və həll alqoritminin müəyyən edilməsi;
- Müxtəlif mənbələrdən əldə olunan məlumatların birləşdirilməsi, keyfiyyətinin yoxlanılması və analiz üçün hazırlanması;
- KPI-ların və biznes göstəricilərinin müəyyənləşdirilməsi, hesablanması, monitorinqi və dəyişiklik səbəblərinin təhlili;
- Power BI və digər vizuallaşdırma alətləri vasitəsilə interaktiv dashboard və idarəetmə hesabatlarının hazırlanması;
- Excel vasitəsilə operativ və kompleks biznes analizlərinin, modellərin və hesabatların hazırlanması;
- Mövcud biznes proseslərinin effektivliyinin qiymətləndirilməsi və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
- Analiz nəticələrinin biznes tərəfinə və rəhbərliyə aydın, strukturlaşdırılmış və qərarverməyə yararlı formada təqdim edilməsi;
- Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların düzgün müəyyənləşdirilməsi və onların data əsaslı həllərə çevrilməsi;
- Qəbul edilən qərarların və həyata keçirilən dəyişikliklərin nəticələrinin sonradan ölçülməsi və təsir analizinin aparılması.
Tələblər
- Güclü analitik və məntiqi düşünmə bacarığı;
- Kompleks biznes problemini strukturlaşdırmaq, əsas səbəbi müəyyən etmək və mümkün həll yollarını formalaşdırmaq bacarığı;
- Məlumatlara yalnız hesabat səviyyəsində deyil, biznes kontekstindən yanaşmaq və rəqəmlərin arxasındakı səbəbləri müəyyən edə bilmək;
- SQL üzrə yaxşı praktiki biliklər və böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Python ilə data analitikası üzrə praktiki biliklər;
- Pandas, NumPy və analoji data analytics kitabxanaları ilə işləmə təcrübəsi;
- Microsoft Excel üzrə yüksək səviyyəli biliklər və analitik modellərin qurulması bacarığı;
- Power BI və ya digər BI/data visualization alətləri ilə işləmə bacarığı;
- KPI, trend, müqayisəli analiz, segmentasiya, səbəb-nəticə analizi və digər analitik yanaşmalar barədə anlayış;
- Biznes tələblərini analitik tapşırığa çevirmək və uyğun metodologiya seçmək bacarığı;
- Data əsasında hipotez qurmaq, onu yoxlamaq və nəticələrdən əsaslandırılmış qərarlar çıxarmaq bacarığı;
- Problemlərə sistemli, analitik və həll yönümlü yanaşma;
- Analiz nəticələrini texniki olmayan auditoriyaya sadə və anlaşılan formada təqdim etmək bacarığı;
- Müstəqil araşdırma aparmaq, qeyri-müəyyən situasiyalarda düzgün suallar formalaşdırmaq və həll yolunu müəyyən etmək bacarığı.
Üstünlük hesab olunur
- Bank və ya maliyyə sektorunda analitik təcrübə;
- Statistik analiz və data modelling üzrə biliklər;
- A/B testing, forecasting, customer segmentation və digər advanced analytics yanaşmaları ilə tanışlıq;
- Analitik proseslərin Python və ya digər vasitələrlə avtomatlaşdırılması təcrübəsi;
- Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.