Təsvir
- Korporativ kredit məhsulunun bazar və müştəri tələbləri ilə uyğunluğunu daimi olaraq izləmək və qiymətləndirmək, performans göstəricilərini təhlil edərək inkişaf sahələrini müəyyənləşdirmək;
- Korporativ kredit məhsulunun müştəri tərəfindən qəbulunu və istifadə təcrübəsini izləmək, müştəri rəylərini toplamaq və bu məlumatları məhsulun inkişafında istifadə etmək;
- Şirkət daxilində digər şöbələrə (məsələn, satış, marketinq, əməliyyatlar) məhsulun faydaları və xüsusiyyətləri haqqında məlumatlar vermək, həmçinin müştərilərə məhsul ilə bağlı dəstək göstərmək;
- Rəqabət analizləri aparmaq, bazardakı trendləri izləmək və təhlil etmək;
- Məhsulun xərclərini və rentabellik göstəricilərini daima izləmək, bu məlumatlarla məhsul qiymətləndirməsi və təkmilləşdirilməsi proseslərini idarə etmək;
- Korporativ müştəri portfelini genişləndirmək üçün yeni biznes imkanları tapmaq, fərqli sektorlar üzrə kredit məhsullarını uyğunlaşdırmaq;
- Korporativ kredit məhsulunun inkişafı və təkmilləşdirilməsi üçün uzunmüddətli strategiyaların hazırlanması və həyata keçirilməsi;
- Rəqəmsal həllər və avtomatlaşdırılmış sistemlər vasitəsilə məhsulun səmərəliliyini artırmaq;
- Dövri hesabatların hazırlanması.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, biznes idarəetməsi sahələri üzrə arzuolunandır);
- Bankçılıq və ya maliyyə məhsulları sahəsində minimum 3 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
- Agile metodologiyası və Scrum barədə təcrübə;
- Bank və maliyyə məhsulları üzrə baza biliklər;
- MS Office (Excel) proqramları üzrə biliklər;
- Rəqəmsal məhsul inkişafı və texnologiyalara maraq;
- Özünümotivasiya, özünü intizam və nəticəyə yönümlülük;
- Analitik düşünmə qabiliyyəti və biznes tələblərini texniki tələblərə çevirmək bacarığı;
- Komanda idarəetməsi və layihə idarəetməsi bacarıqları;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Qərarvermə və problem həll etmə qabiliyyəti.
Vakansiya haqqında
- Son tarix mart 12, 2025
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Rəhbər