Bank Respublika ASC Bank Respublika ASC
  • 1.1K
Bank Respublika ASC

Bank Respublika ASC

Banklar , Maliyyə xidmətləri

Korporativ hüquq şöbəsinin müdiri / Korporativ hüquq şöbəsinin baş hüquqşünası

Korporativ hüquq şöbəsinin müdiri / Korporativ hüquq şöbəsinin baş hüquqşünası

  • Deadline 3 İyul 2024

Təsvir:

  • Bankın hüquqi risklərini idarə etmək və nəzarət etmək;
  • Bankın hüquqi və fiziki şəxslərlə bağlayacağı müqavilələrin, həmçinin beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, rəy vermək, yeni müqavilələr tərtib etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Bankdaxili korporativ aktlara (əmr, protokol, qayda, təlimatlar) dair hüquqi rəy vermək, onların hüquqi ekspertizasını həyata keçirmək;
  • Bankın təsis sənədlərində baş verən dəyişikliklərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə hüquqi dəstək göstərmək;
  • Qiymətli kağızların yerləşdirilməsini nəzərdə tutan müvafiq sənədlərin hazırlanmasında iştirak etmək, lazımi hüquqi yardımı göstərmək;
  • Tələb olunduqda Bankın PL/TMM şöbəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin) funksiyalarının icrasına köməklik göstərmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü həyata keçirmək və nəzarət etmək;
  • Qanunvericilik sahəsində Bankın fəaliyyətinə aid olan bütün yeniliklər barədə müvafiq şöbə, strukturları məlumatlandırmaq, tələb olunduqda, həmin normaların tətbiqi ilə bağlı təlim keçmək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Korporativ hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Mülki, həmçinin bank qanunvericilyi sahəsində biliklərə sahib olmaq;
  • Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti;
  • Professional etika və müsbət şəxsi keyfiyyətlər;
  • Kollektivdə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Sərbəst işləmək bacarığı.
  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019