Bank Respublika ASC Bank Respublika ASC
  • 501
Bank Respublika ASC

Bank Respublika ASC

Banklar , Maliyyə xidmətləri

Pərakəndə bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)

Pərakəndə bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)

  • Deadline 30 Noyabr 2024

Təsvir

  • Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
  • Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq.
  • Daily0
  • Weekly253
  • Monthly1930