Əsas vəzifə öhdəlikləri:
- Pərakəndə kredit məhsulları üzrə satış və performans göstəricilərinin təhlili və hesabatların hazırlanması;
- Excel vasitəsilə məlumatların emalı, təmizlənməsi və strukturlaşdırılması;
- PowerPoint vasitəsilə təqdimatların hazırlanması və məlumatların vizual şəkildə təqdim olunması;
- Kredit portfeli, satış dinamikası və digər əsas KPI göstəricilərinə dair mütəmadi analizlərin aparılması;
- Müxtəlif data mənbələrindən məlumatların toplanması və konsolidasiyası;
- Rəhbərliyə operativ və dəqiq analitik dəstəyin təmin olunması.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya uyğun sahələr üzrə);
- Pərakəndə bankçılığın kredit istiqaməti üzrə göstəricilərin təhlili və hesabatların hazırlanması sahəsində minimum 1 il təcrübə arzuolunandır;
- Microsoft Excel üzrə beynəlxalq sertifikata sahib olmaq mütləqdir (MOS:Excel Associate / Expert );
- Microsoft PowerPoint proqramında yüksək təqdimat hazırlama bacarığı;
- Microsoft PowerPoint üzrə beynəlxalq sertifikata sahib olmaq mütləqdir (MOS:PowerPoint Associate);
- Məlumatların vizual təqdimatı üzrə güclü bacarıq (Excel, PowerPoint, Power BI və ya digər vizuallaşdırma alətləri);
- Güclü analitik düşüncə, detallara diqqət və təqdimetmə bacarığı;
- Komandada işləmə və çoxlu tapşırıqları eyni zamanda idarəetmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.