Barattson Barattson

İngilis dili üzrə Tədris Metodisti

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İngilis dili üzrə Tədris Metodisti

  • Deadline 2 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Barattson MMC Dillər bölməsinə “İngilis dili üzrə Tədris Metodisti” üzrə vakansiya elan edir:        

Əsas vəzifə öhdəlikləri:    

  • Tədris prosesinin keyfiyyətinə nəzarət etmək, tədris proqramlarının, dərs planlarının və metodologiyaların müasir tələblərə uyğunluğunu və davamlı inkişafını təmin etmək;
  • Müəllimlərin dərslərinin monitorinqi üçün meyarlar hazırlamaq, təsdiq edilmiş meyarlar əsasında monitorinq aparmaq, nəticələri təhlil etmək və müəllimlərə inkişaf yönümlü rəy və tövsiyələr təqdim etmək;
  • Ümumi İngilis dili və IELTS proqramlarının, eləcə də səviyyə müəyyən etmə və imtahan materiallarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Tələbələrin akademik göstəricilərini və imtahan nəticələrini təhlil etmək, müəyyən edilmiş problemlərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Müəllimlərin peşəkar inkişafını dəstəkləmək, yeni metodologiyalar üzrə təlimlər təşkil etmək, yeni müəllimlərin təlimləndirilməsi və adaptasiya prosesinə nəzarət etmək;
  • Müəllimlərin karyera inkişafı və qiymətləndirilməsi sisteminin, o cümlədən titulların verilməsi meyar və prosedurlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • Tələbə və müəllim məmnuniyyətinin artırılmasına yönəlmiş layihə və təşəbbüslərin həyata keçirilməsində iştirak etmək;
  • Müəllim seçimi üzrə müsahibə və demo dərslərdə iştirak etmək, müəllimlərin marketinq bölməsi ilə koordinasiyasını təmin etmək və metodik rəy təqdim etmək.

Əsas tələblər: 

  • İngilis dili müəllimliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • İngilis dilinin tədrisi üzrə minimum 5 il iş təcrübəsi, metodist/Academic Coordinator təcrübəsi üstünlükdür;
  • IELTS üzrə minimum 7.5 nəticə;
  • Tədris proqramlarının hazırlanması, təkmilləşdirilməsi və icrasına nəzarət üzrə təcrübə;
  • Dərs monitorinqi, müəllimlərin qiymətləndirilməsi və metodik rəyin hazırlanması üzrə praktiki təcrübə;
  • Güclü analitik, kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • Müasir tədris metodları və rəqəmsal tədris alətləri üzrə məlumatlılıq;
  • TKT, TESOL/TEFL, CELTA və ya DELTA sertifikatları üstünlükdür.

İş şəraiti

  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında tərəflər arasında razılaşdırılır.
  • İş qrafiki: Həftəiçi 5 gün (10:00-19:00).

Qeyd: Əməliyyat rəhbərinə hesabat verir.

Namizədlərdən CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İngilis dili üzrə Tədris Metodisti” qeyd olunmaqla göndərməkləri xahiş olunur. 

  • Daily122
  • Weekly484
  • Monthly370