Maliyyə və biznes təlimləri bölməsinin meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə və biznes təlimləri bölməsinin meneceri

  • Deadline 15 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:  

  • Maliyyə təlimlərinin (ACCA,CFA, IFRS, maliyyə analizi və s.) və biznes təlimlərinin satışının təşkili və planlaşdırılması;
  • Satış planına uyğun hədəflərə çatmaq və satış strategiyalarını formalaşdırmaq;
  • Bazarın və rəqib təlim mərkəzlərinin fəaliyyətinin təhlili; 
  • Müştəri ehtiyaclarını müəyyən etmək və onlara uyğun təlim təklifləri hazırlamaq; 
  • Potensial müştəri bazasının yaradılmasını təmin etmək, yeni korporativ və fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
  • Həftəlik və aylıq  satış hesabatlarını rəhbərliyə təqdim etmək;
  • İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək;
  • Tələbə - müəllim  problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək;
  • Müəllim ehtiyaclarını vaxtında müəyyən etmək;
  • Satış prosesində müştəri ilə effektiv kommunikasiya qurmaq, təqdimatlar keçirmək və danışıqlar aparmaq;
  • Təlim xidmətlərimizi geniş auditoriyada təqdim etmək məqsədilə təhsil mərkəzləri ilə əməkdaşlıq edib seminarlar və tədbirlər keçirilməsini təmin etmək                                                

Əsas tələblər:   

  • Ali təhsil (maliyyə, biznes və ya marketinq sahəsində olması üstünlükdür);
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi (təhsil xidmətləri sahəsində);
  • İdarəetmə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Təqdimat bacarıqları;
  • Biznes danışıqları aparmaq bacarığı; 
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus dili və ingilis dili üstünlükdür;
  • Kompyuter bacarıqları: Ofis proqramları;
  • Komanda ilə işləmək və təşəbbüskarlıq qabiliyyəti;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Çevik işləmək bacarığı;  

Biz nə vəd edirik?

  • Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
  • Rahat və müasir iş mühiti;
  • Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.

İş şəraiti:

  • Əmək haqqı: Namizədin təcrübəsindən aslı olaraq razılaşdırılacaq.
  • İş qrafiki: 5 gün, saat 10:00-19:00.

Namizədlərdən CV formalarını Müraciət Et düyməsində göstərilən email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə və biznes təlimləri bölməsinin meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur. 

  • Daily0
  • Weekly243
  • Monthly243