Barattson “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
- SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
- Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə olunması;
- Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
- Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
- Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
- Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
- Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
- Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
- Marketinq komandasını peşəkarcasına idarə etmək və kreativ mühit yaratmaq;
- Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əsas tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Marketinq menecer/rəhbər üzrə ən azı 3 il iş təcrübəsi;
- Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
- Biznes danışıqları aparmaq bacarığı;
- Marketinq plan və büdcə hazırlama bacarığı;
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;
- Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli;
- Stratejik düşünmə və analitika bacarığı;
- Çevik işləmək bacarığı.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Namizədlərdən CV formaların Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.