Elanın təsviri
- Ərazi: Bakı
- Maaş: Razılaşma
- Yaş: 18 — 30 yaş
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
- Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
- Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığı və xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayımının həyata keçirilməsi və ERP sistemindən hesabat alaraq nəticələrin müqayisə edilməsi;
- Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxışın həyata keçirilməsi;
- Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə xüsusi meyarlara əsasən mağazada müşahidə aparılması, işçi heyətinə sorğular ünvanlayaraq nəticənin dəyərləndirilməsi;
- Audit nəticəsinə uyğun olaraq təqdim edilmiş sorğuların nəticəsinin qiymətləndirilməsinə dair monitorinqlərin həyat keçirilməsi;
- Audit işinin nəticəsi üzrə məlumatların toplanılması və ilkin hesabatın hazırlanması;
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- 1C ERP ilə işləmək təcrübəsi;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti
Göstərilən tələblərə cavab verən şəxslərin və yalnız Bakıda yaşayan xanım namizədlərin CV-lərini “daxili nəzarət, audit” başlığı ilə Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.