Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Müvafiq sahə üzrə 3-4 illik təcrübə;
- 1 C 8.3 proqramı biliyi;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
- Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
- Debitor və kreditorlara nəzarət edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1100-1200 AZN
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et düyməsində qeyd olunan electron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.