Komandamıza təcrübəli və peşəkar mühasibatlıq təlimçisi dəvət edirik.
Tələblər:
- Mühasibatlıq və təlimçilik (müəllimlik) sahəsində 4 ildən çox iş təcrübəsi;
- Həm nəzəri, həm də praktiki dərsləri yüksək səviyyədə tədris etmək bacarığı;
- 1C, Maliyyə uçotu, Vergi və Kadrlar uçotu istiqamətləri üzrə dərsləri mükəmməl keçmə qabiliyyəti;;
- Dərsləri həm əyani, həm də onlayn formatda apara bilməsi.
İş şəraiti və öhdəliklər:
- Format: Əyani və Onlayn dərslər;
- Əməkhaqqı: Razılaşma yolu ilə (Müsahibə əsasında, namizədin təcrübə və bilik səviyyəsinə uyğun olaraq təyin olunacaq).
CV-lərinizi mövzu hissəsində "Mühasibatlıq Müəllimi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.