Komandamıza yeni təlimçi dəvət edirik! Əgər siz də zəngin təcrübənizi bölüşmək, gənc mütəxəssislər yetişdirmək və dinamik mühitdə çalışmaq istəyirsinizsə, zəhmət olmasa vakansiyamızla tanış olun.
Namizədə olan tələblər:
- Cins: Xanım və ya bəy namizədlər
- Proqram və sahə biliyi: 1C, Maliyyə uçotu, Vergi uçotu və Kadr uçotu sahələrini dərin bilmək
- Tədris forması: Dərsləri həm nəzəri, həmdə tam praktiki şəkildə keçmək bacarığı
- İş təcrübəsi: Mühasibatlıq Müəllimi sahəsində minimum 6 ay - 1 il praktiki təcrübə
- Tədris müddəti: Təlimlərimiz 4 aylıq proqramı əhatə edir
- Qrafik: Axşam saatlarında dərsləri aparmağa uyğun olmaq (Hazırda başqa yerdə çalışırsınızsa, dərsin dəqiq saatlarını müsahibə zamanı uyğunlaşdıra bilərik)
- Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq
- Öz sillabusu olsun
Biz nə təklif edirik?
- Əməkhaqqı: Müsahibə əsasında akademiyada qarşılıqlı razılaşma ilə təyin olunur
- Rahat iş qrafiki və inkişaf yönümlü kollektiv
Siz də Basic Academy ailəsinə qoşulmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "Mühasibatlıq müəllimi" qeyd etməyi unutmayın.