İş barədə məlumat:
SMM üzrə öhdəliklər:
- Basic Academy və Affi Davit Consulting şirkətlərinin sosial media hesablarının idarə olunması
- Həftədə 3 dəfə əyani olaraq ofisdə iştirak etmək (part-time qrafik)
- Müəllimlərlə sıx əlaqədə olaraq dərslərə və xidmətlərə uyğun kontentlərin hazırlanması
- Video və foto çəkilişlərin (mobilqrafiya) aparılması, postların və reel materiallarının vaxtında paylaşılması
Marketing üzrə öhdəliklər:
- Hər iki brend üçün rəqəmsal marketing və tanıtım strategiyasının qurulması
- Hədəf auditoriyasının analizi və satış yönümlü kampaniyaların planlaşdırılması
- Sosial media reklamlarının (Meta Ads) qurulması, büdcəyə nəzarət və nəticələrin optimallaşdırılması
- Müraciət (lead) axınını artırmaq üçün yeni rəqəmsal kanalların və təkliflərin dəyərləndirilməsi
Tələblər:
- SMM və ya Rəqəmsal Marketing sahəsində praktiki təcrübə
- Mobilqrafiya və çəkiliş aparmaq bacarığı
- Müəllimlər və heyətlə sərbəst ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli, operativ və vaxtı doğru idarə etmək bacarığı
CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əgər hər iki sahəni bilirsinizsə: Mövzu hissəsinə "Marketing & SMM"
Əgər yalnız SMM sahəsi üzrə müraciət edirsinizsə: Mövzu hissəsinə "SMM"
Əgər yalnız Marketing sahəsi üzrə müraciət edirsinizsə: Mövzu hissəsinə "Marketing" qeyd etməyiniz xahiş olunur.