Başkent Restoranlar Şəbəkəsi Başkent Restoranlar Şəbəkəsi
  • 153

Brend siması və PR nümayəndəsi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Brend siması və PR nümayəndəsi

  • Истекает 25 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Başkent Restoranlar Şəbəkəsi brendin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətində iştirak edəcək və sosial media üçün hazırlanan videoçarxlarda Başkentin siması kimi çıxış edəcək əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

  • Instagram və TikTok üçün çəkilən videoçarxlarda yeni menyuları, mövsümi təklifləri, banket və catering xidmətlərini təqdim etmək.
  • Marketinq komandası ilə birlikdə çəkiliş mövzularını seçmək, qısa ssenarilərin hazırlanmasında iştirak etmək və çəkiliş qrafikini filiallarla razılaşdırmaq.
  • Sosial media platformaları üçün story, reels kontentlərinin çəkilişi və montajı 
  • Paylaşım planına uyğun olaraq Instagram-da post və hekayələr, TikTok-da isə qısa videolar yayımlamaq.
  • Sosial media hesablarında şərhləri və şəxsi mesajları izləmək, qonaqların sual və müraciətlərini vaxtında və nəzakətlə cavablandırmaq.

Namizədə tələblər

  • PR, təqdimatçılıq və ya sosial media üçün məzmun hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Kamera qarşısında sərbəst çıxış etmək, təqdimat və müsahibə aparmaq bacarığı.
  • Azərbaycan dilində səlis danışmaq və aydın mətnlər yazmaq bacarığı.
  • Telefonla çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.). 
  • Ali təhsil. Jurnalistika, ictimaiyyətlə əlaqələr, marketinq və ya aktyorluq üzrə təhsil üstünlük hesab olunur.

İş şəraiti

  • Əməkhaqqı — 1 000 AZN və yuxarı (Namizədin bilik bacarıq təcrübəsinə əsasən müəyyən olunacaqdır)
  • İş qrafiki — 6 günlük iş həftəsi
  • İş yeri — Bakı şəhəri
  • Nahar şirkət tərəfindən təmin olunur.

Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “Brend siması və PR nümayəndəsi” qeyd edin.

  • Daily15
  • Weekly298
  • Monthly1771