Başkent Restoranlar Şəbəkəsi brendin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətində iştirak edəcək və sosial media üçün hazırlanan videoçarxlarda Başkentin siması kimi çıxış edəcək əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
- Instagram və TikTok üçün çəkilən videoçarxlarda yeni menyuları, mövsümi təklifləri, banket və catering xidmətlərini təqdim etmək.
- Marketinq komandası ilə birlikdə çəkiliş mövzularını seçmək, qısa ssenarilərin hazırlanmasında iştirak etmək və çəkiliş qrafikini filiallarla razılaşdırmaq.
- Sosial media platformaları üçün story, reels kontentlərinin çəkilişi və montajı
- Paylaşım planına uyğun olaraq Instagram-da post və hekayələr, TikTok-da isə qısa videolar yayımlamaq.
- Sosial media hesablarında şərhləri və şəxsi mesajları izləmək, qonaqların sual və müraciətlərini vaxtında və nəzakətlə cavablandırmaq.
Namizədə tələblər
- PR, təqdimatçılıq və ya sosial media üçün məzmun hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi.
- Kamera qarşısında sərbəst çıxış etmək, təqdimat və müsahibə aparmaq bacarığı.
- Azərbaycan dilində səlis danışmaq və aydın mətnlər yazmaq bacarığı.
- Telefonla çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.).
- Ali təhsil. Jurnalistika, ictimaiyyətlə əlaqələr, marketinq və ya aktyorluq üzrə təhsil üstünlük hesab olunur.
İş şəraiti
- Əməkhaqqı — 1 000 AZN və yuxarı (Namizədin bilik bacarıq təcrübəsinə əsasən müəyyən olunacaqdır)
- İş qrafiki — 6 günlük iş həftəsi
- İş yeri — Bakı şəhəri
- Nahar şirkət tərəfindən təmin olunur.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “Brend siması və PR nümayəndəsi” qeyd edin.