B Batıgöz Klinikası
  • 638

Batıgöz Klinikası

Səhiyyə

Müştəri əlaqələri və Çağrı mərkəzi üzrə Supervayzer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri əlaqələri və Çağrı mərkəzi üzrə Supervayzer

  • Deadline 6 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Batıgöz klinikası olaraq böyüyən komandamıza, Müştəri əlaqələri və Çağrı mərkəzi üzrə Supervayzer vakansiyasına namizəd axtarışındayıq.

Namizəd üzrə tələblər:

  • Ali təhsil (Biznes, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə);
  • Müştəri əlaqələri, çağrı mərkəzi və ya CRM sahəsində minimum 3 il, rəhbər vəzifədə ən azı 1-2 il təcrübə (Tibbi təşkilat və ya sığorta sahəsində təcrübəsi olanlara üstünlük veriləcək); 
  • Komanda idarəetməsi və operativ qərarvermə bacarığı;
  • Güclü ünsiyyət, konfliktlərin idarə olunması və empatiya qabiliyyəti;
  • Detallara diqqətli olmaq və yüksək məsuliyyət hissi;
  • CRM və əlaqə sistemləri ilə işləmə təcrübəsi;
  • Excel və hesabat alətləri üzrə sərbəst bilik;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı;

Vəzifə üzrə tələblər:

  • Çağrı mərkəzinin yenidən qurulması və ümumi fəaliyyətinə nəzarət edilməsi;
  • Operatorların idarə edilməsi: gündəlik iş bölgüsü, KPI-ların təyin edilməsi və performansın izlənməsi, motivasiya sisteminin qurulması;
  • Operatorlar üçün skriptlərin hazırlanması və daim yenilənməsi;
  • Zənglər, WhatsApp, e-mail, sayt, mobil tətbiq və digər kommunikasiya kanallarından gələn sorğuların cavablandırılmasının təmin edilməsi;
  • Məlumatların CRM və ya digər sistemlərə düzgün və vaxtında daxil edilməsinə nəzarət edilməsi;
  • Müştəri şikayət və müraciətlərinə nəzarət; xüsusi hallarda müdaxilə və lazım olduqda birbaşa xəttə qoşulmaq;
  • Müştəri təcrübəsinin yaxşılaşdırılması üçün strategiyaların hazırlanması və həyata keçirilməsi;
  • Customer journey map qurulması və inkişafı;
  • Seqmentləşdirmə və hədəfli müştəri kampaniyalarının təşkili, E-mail/SMS/WhatsApp vasitəsilə mesajların göndərilməsi;
  • Müştəri rəylərinin (şikayətlər, təkliflər, təşəkkürlər) toplanması və sistemli şəkildə təhlili;
  • Daxili qaydalara uyğun olaraq qeyri-standart vəziyyətlərin səlahiyyətli şəxsə yönləndirilməsi;
  • FCR, CSAT, NPS, CAC, CLTV və digər göstəricilər də daxil olmaqla dövri hesabatların təqdim olunması;
  • Müştəri yönümlü mədəniyyətin təşviqi və əməkdaşların bu istiqamətdə inkişafına dəstək;

İş şəraiti və şərtləri:

  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Vafiq pr. 75A
  • İş qrafiki: 6 günlük 
  • İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Təlim və inkişaf imkanları
  • Əmək haqqı müsahibə əsnasında bilik və bacarıqlara və bazar dəyərinə uyğun olaraq təklif olunacaq.

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Müştəri əlaqələri və Çağrı mərkəzi üzrə Supervayzer” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily17
  • Weekly246
  • Monthly250