Anbardar

  • Deadline 15 Aprel 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə Tələblər:

  • Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Laboratoriya  yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
  • 1C proqramında sərbəst işləyə bilən bəy namizədlər.
  • Azərbaycan dili sərbəst , Rus dili arzuolunandır.
  • Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell və 1C) proqramlarını mükəmməl bilməlidir; 
  • Yüksək səviyyədə problem həll etmə bacarıqları;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyətlilik;
  • Cavabdehlik;
  • Komanda ilə işləmə bacarığı.
  • Stresə davamlılıq

Vəzifə üzrə öhdəliklər:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
  • Mal-materialın qəbulu,təhvili, sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət  etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vaxt rejimində məlumatları daxil etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və  uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının 1C proqramında aparılması;

Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini Müraciət Et butonunda yerləşən electron poçt ünvanına göndərməkləri xahiş olunur.

  • Daily3
  • Weekly3
  • Monthly1778