Biz dinamik və sürətlə böyüyən şirkətimizə təcrübəli və məsuliyyətli Ofis Meneceri axtarırıq.
Əgər təşkilati bacarıqlara malik, diqqətli və komanda ilə işləməyi sevən birisinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
Əsas vəzifələr:
- Ofisin gündəlik işlərinin koordinasiyası və idarə edilməsi
- Rəsmi yazışmaların aparılması və sənədlərin arxivləşdirilməsi
- Rəhbərliyə inzibati dəstək göstərilməsi
- Görüşlərin və iclasların təşkil olunması
- Ofis ləvazimatlarının təchizatının təmin edilməsi və idarə edilməsi
- Komandanın fəaliyyətinə nəzarət və düzgün əməkdaşlığın təmin edilməsi
Tələblər:
- Ali təhsil
- Ofis meneceri və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi
- MS Office proqramlarını sərbəst bilmək
- Azərbaycan dili – əla səviyyədə (şifahi və yazılı), rus dili – yaxşı səviyyədə (məcburi tələb), ingilis dili – arzuolunan (işgüzar yazışma və ünsiyyət bacarığı üstünlükdür)
- Məsuliyyətli, detallara diqqətli və nizam-intizamlı olmaq
Təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı
- Peşəkar inkişaf və karyera irəliləyiş imkanı
- Gözəl iş mühiti və mehriban komanda
- İş saatları: 9:00 - 18:00 (bazar ertəsi - cümə)
Ünvan: AZ1110, Nərimanov rayonu, Sabit Rəhman 11
Müraciət etmək üçün:
- Əgər bu vakansiya sizin üçün maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu bölməsində “Ofis Meneceri” qeyd edin.