Tələblər:
- Təhsil : Ali və ya orta texniki peşə təhsili (Texniki yönümlü ali və yaxud orta-texniki)
- İş təcrübəsi : 2 ildən aşağı
- Yaş : 25-60
- Cins : Kişi
Ustanın əsas vəzifələri:
- Ekstruziya avadanlığının idarə olunması;
- Avadanlığın düzgün sazlanmasını və işə salınmasını təmin edir;
- İstehsal prosesində temperatur, təzyiq və ekstruziya sürətini tənzimləyir;
- Materialların hazırlanması və nəzarət;
- Xammalın düzgün dozalanmasını təmin edir;
- Maddələrin və qatqıların düzgün miqdarda əlavə olunmasına nəzarət edir;
- Keyfiyyətə nəzarət;
- İstehsal olunan izolyasiya materiallarının qalınlığı, sıxlığı və elastikliyini yoxlayır;
- Məhsulda hava boşluqları, çatlar və digər qüsurların olmamasına nəzarət edir;
- Təmir və texniki xidmət;
- Avadanlıqda baş verən nasazlıqları diaqnostika edərək aradan qaldırır;
- Profilaktik baxış və texniki xidmət işlərini yerinə yetirir;
- Təhlükəsizlik və iş rejiminə riayət;
- Avadanlığın təhlükəsiz işləməsini təmin edir;
- İş prosesində texniki və ekoloji standartlara əməl edir;
- Problemləri həll etmə bacarığı;
- Avadanlıqdakı nasazlıqları tez bir zamanda aşkarlayıb həll edə bilmək;
İş şəraiti
- İş yeri: Binəqədi qəsəbəsi, DSK yolu
- İş qrafiki: Növbəli iş qrafiki;
- Nahar şirkət tərəfindən verilir;
- Maaş: 750 azn
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır.