Ümumi məlumat:
- Hostes müştəriləri qarşılayaraq onlara uyğun masa ayırmaq və xidmətə məmnuniyyətlə başlamaq üçün şərait yaradır.
Vəzifə və məsuliyyətlər:
- Müştəriləri gülərüzlə və nəzakətlə qarşılamaq
- Masalara müşayiət etmək və menyunu təqdim etmək
- Əgər masa doludursa, müştəriləri gözləmə müddəti barədə məlumatlandırmaq
- Gələn zənglərə cavab verərək rezervasiyaları qəbul etmək və qeydiyyat aparmaq
- Onlayn və telefonla gələn sifarişləri düzgün idarə etmək
- Qonaqların xüsusi tələblərini və qeydini saxlamaq (məsələn, uşaq stolu, ad günü qeyd etməsi və s.)
- Müştərilərin ehtiyaclarını diqqətlə dinləmək və onların məmnuniyyətini təmin etməyə çalışmaq
- Şikayət və ya problem olduqda müvafiq meneceri məlumatlandırmaq
- Restoranın giriş hissəsinin təmiz və səliqəli olmasına nəzarət etmək
- Masaların doluluq vəziyyətini izləmək və masaların dönüşümünü optimallaşdırmaq
- Ofisiantlarla və mətbəx heyəti ilə koordinasiyalı işləmək
- Növbə zamanı masaların bölüşdürülməsi ilə bağlı əməkdaşlıq etmək
Namizədə tələblər:
- Orta təhsil,
- Müvafiq sahədə 1 il təcrübə,
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
- İş vaxtı təmiz və nizamlı görünmək,
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
- Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).
Şərtlər:
- Yeni açılacaq kafeyə Hostes tələb olunur.
- Is günü/saati – həftədə 6 gün, 9 saat,
- İstirahət – həftədə 1 gün,
- Kafe Ag şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir)
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Maraqlanan namizədlər CV(anket)-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.