"BEAUTTECH" Salonlar şəbəkəsi YENİ ADMİNİSTRATORlLARIN axtarışına davam edir. Siz də Bizə qoşulmaq və bizimlə birlikdə uğurlara imza atmaq istəyirsinizsə, müraciət edə bilərsiniz.
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılanmaq və onların suallarını cavablandırmaq;
- Telefon zənglərini idarə etmək və müvafiq şəxslərə yönləndirmək;
- Müştəri bazasını yeniləmək və məlumatların düzgünlüyünü təmin etmək;
- Salonun gündəlik əməliyyatlarını idarə etmək və müştəri məmnuniyyətini təmin etmək;
- Rezervasiyaları qəbul etmək və təqvim cədvəlini idarə etmək;
- İşçilərin iş qrafikini hazırlamaq və koordinasiya etmək;
- Salonun təmizliyini və nizamını təmin etmək;
- Müştərilərə satış və xidmətlər haqqında məlumat vermək və əlavə satışları təmin etmək.
Tələblər:
- Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
- Yüksək kommunikasiya və müştərilərlə işləmə bacarığı;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq , İngilis dili yaxşı;
- Kompüter bilikləri və ofis proqramlarından istifadə bacarığı;
- Komanda ilə işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı;
- Stressə davamlılıq və problemləri tez həll etmək bacarığı;
- Yaş həddi 25-35 və yalnız xanımlar namizəd.
Təklif etdiyimiz:
- Rəqabətə davamlı əmək haqqı
- Rahat iş mühiti və peşəkar komanda
- Təlim və inkişaf imkanları
- Sosial təminatlar və əlavə bonuslar
- İş saatı: 10:00-dan - 19:00-dək
- Maaş: 600 - 900 AZN (bacarıq və təcrübədən asılı olaraq) yüksəlmək ehtimalı ilə və bonuslardan gəlir.
- Əlavə bonus: Ödənişsiz gözəllik xidmətlərindən faydalanmaq.
Maraqlanan namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Administrator" qeyd etməyi unutmayın.