Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Elektrik və mexanika üzrə baza bilikləri
- HVAC, soyuducu və qazanxana sistemlərinin iş prinsipi, istismarı və texniki baxışı üzrə anlayış
- Təhlükəsizlik texnikası qaydalarını bilmək
- Təmir və diaqnostika bacarıqları
- Müştərilərlə işləmək və qonaqlarla düzgün, nəzakətli ünsiyyət qurmaq bacarığı
- Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
- Səyyar (obyektlərə gedərək işləmək) işləmə bacarığı
- Səyyar servis işlərinə hazır olmaq, zərurət yarandıqda ezamiyyətlərə getmək və bir neçə gün iş yerindən kənarda qalmaq imkanı
- BC kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir)
- Məsuliyyətli, dəqiq və operativ qərar vermə qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- Havalandırma, istilik, soyutma və elektrik qurğularında yaranan texniki nasazlıqların aradan qaldırılması
- Kondisioner və havalandırma sistemlərinin (HVAC) təmiri və profilaktik xidmətinin həyata keçirilməsi
- Soyuducu və qazanxana sistemlərinin texniki baxış və servis işlərinin görülməsi
- Nasoslar, su isitmə sistemləri və digər mühəndis qurğularının baxımının aparılması
- Generator, requlyator və digər elektrik qurğularının texniki xidmətinin göstərilməsi
- Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi
- Planlı profilaktik və cari təmir işlərinin icrası
- Təhlükəsizlik və texniki istismar qaydalarına riayət olunması
İş şəraiti
- İş yeri: Sumqayıt (səyyar servis və müxtəlif obyektlər üzrə)
- Əmək haqqı: Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.
- İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik-Mexanik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.