BeinSystems BeinSystems
  • 347

Business Development Manager (Biznesin İnkişafı Meneceri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Business Development Manager (Biznesin İnkişafı Meneceri)

  • Deadline 14 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin və satış kanallarının tapılması.
  • Potensial müştərilər və qərarverici şəxslərlə əlaqələrin qurulması.
  • Strateji tərəfdaşların müəyyən edilməsi və tərəfdaş şəbəkəsinin inkişaf etdirilməsi.
  • Görüşlərin, təqdimatların və danışıqların təşkili və aparılması.
  • Yeni bazar imkanlarının və inkişaf istiqamətlərinin araşdırılması.
  • Şirkətin bazarda mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlanması və icrası.
  • Biznes əlaqələrinin qurulması və genişləndirilməsi.
  • Sektor üzrə tədbirlərdə, sərgilərdə və biznes görüşlərində şirkətin təmsil olunması.
  • Rəqabət mühitinin və bazar tendensiyalarının təhlili.
  • Satış və marketinq komandaları ilə sıx əməkdaşlıq.

Tələblər:

  • B2B satış və ya biznesin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi.
  • Yeni müştəri və tərəfdaşların cəlb olunması sahəsində uğurlu nəticələr.
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
  • Müstəqil qərarvermə və təşəbbüskarlıq.
  • Nəticəyönümlü və strateji düşüncə tərzi.
  • IT, SaaS və ya biznes avtomatlaşdırılması sahəsində təcrübə üstünlükdür.
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür.

Təklif edirik:

  • Sabit əmək haqqı + yüksək bonus sistemi.
  • Karyera inkişafı və rəhbər vəzifəyə yüksəlmə imkanları.
  • İnnovativ və sürətlə inkişaf edən məhsul üzərində işləmək imkanı.
  • Peşəkar və ambisiyalı komanda.
  • Şirkətin inkişaf strategiyasında birbaşa iştirak.

Əgər siz yeni imkanlar yaratmağı, güclü biznes əlaqələri qurmağı və şirkətin bazarda inkişafına töhfə verməyi bacarırsınızsa, CV-nizi bizimlə paylaşın.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya nömrəyə göndərə bilərlər.

 

  • Daily55
  • Weekly222
  • Monthly1668