BEİN SYSTEMS komandasına qoşulacaq, texniki bacarığı olan və müştərilərlə peşəkar ünsiyyət qura biləcək Texniki Dəstək Mütəxəssisi axtarırıq!
Məkan: Sumqayıt şəhəri (Ofis daxili)
Tələblər:
- Cinsiyyət: ancaq xanımlar müraciyyət etsin
- Yaş: 22- 40
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq, aydın diksiya və qrammatik düzgün yazı qabiliyyəti;
- Texniki biliklər: Kompüter və brauzerlərlə yüksək səviyyədə işləmək bacarığı;
- Sahə anlayışı: Anbar, ticarət və satış sistemləri haqqında minimum anlayış (Alış-satış proseslərini bilmək);
- Təcrübə: Ticarət və ya anbar proqramları ilə iş təcrübəsi olanlara üstünlük verilir;
- Düşüncə tərzi: Texniki düşüncə qabiliyyəti və problemlərin ilkin emalı bacarığı.
İş şəraiti:
- Ödəniş: 400 AZN (Fix) + Bonuslar (Müştəri müraciətlərinin sayı və xidmət keyfiyyətinə görə)
- Ümumi gəlir 1000 AZN-ə qədər yüksələ bilər;
İş qrafiki: (Seçim əsasında)
- 08:00 – 17:00
- 11:00 – 20:00
Təcrübə: Seçilən namizədlər üçün öyrədici stajirovka (təcrübə proqramı) nəzərdə tutulub.
Vəzifə öhdəlikləri:
- Daxil olan texniki problemlərin ilkin emalı və həlli;
- Ticarət və anbar proqramları üzrə müştərilərə dəstək göstərilməsi;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması.
Qeyd: Zənglər qəbul olunmur, yalnız whatsapp vasitəsilə yazılı müraciətlərə baxılır. +994 77 330 63 65 Əlaqədar şəxs: Anar Vəliyev
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.