İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri:
- Filialın gündəlik əməliyyat fəaliyyətinin təşkili və idarə olunması;
- Satış göstəricilərinin və xidmət keyfiyyətinin təmin edilməsi;
- Heyətin iş qrafiklərinin hazırlanması, idarə olunması və performansının qiymətləndirilməsi;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması və yaranan problemlərin operativ həlli;
- Məhsul keyfiyyəti, servis standartları və sanitariya qaydalarına nəzarət edilməsi;
- Filialın maliyyə göstəricilərinin, xərclərinin və inventarının izlənilməsi;
- Şirkət standartlarının və prosedurlarının filial daxilində tətbiqinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil;
- F&B (Food & Beverage) sektorunda filial meneceri, restoran meneceri və ya oxşar rəhbər vəzifələrdə minimum 3 il iş təcrübəsi;
- Qəhvə və kafe konseptli müəssisələrdə menecer vəzifəsində minimum 1 il uğurlu iş təcrübəsi mütləqdir;
- Heyətin idarə olunması, motivasiyası və inkişafı sahəsində praktiki təcrübə;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (rus dili biliyi mütləqdir);
- İngilis dili biliyi üstünlükdür;
- Satış yönümlü düşüncə tərzi və yüksək təşkilatçılıq bacarığı;
- Müştəri xidməti və komanda idarəetməsi sahəsində güclü bacarıqlar;
- MS Office proqramlarında işləmə bacarığı.
Təklif edirik:
- Rəqabətli əməkhaqqı;
- Bonus sistemi;
- Karyera inkişafı imkanları;
- Dinamik və peşəkar iş mühiti.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.