Belgian Chocolate & Coffee Belgian Chocolate & Coffee
  • 183

Filial Meneceri (Sumqayıt)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Filial Meneceri (Sumqayıt)

  • Deadline 20 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəlikləri:

  • Filialın gündəlik əməliyyat fəaliyyətinin təşkili və idarə olunması;
  • Satış göstəricilərinin və xidmət keyfiyyətinin təmin edilməsi;
  • Heyətin iş qrafiklərinin hazırlanması, idarə olunması və performansının qiymətləndirilməsi;
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması və yaranan problemlərin operativ həlli;
  • Məhsul keyfiyyəti, servis standartları və sanitariya qaydalarına nəzarət edilməsi;
  • Filialın maliyyə göstəricilərinin, xərclərinin və inventarının izlənilməsi;
  • Şirkət standartlarının və prosedurlarının filial daxilində tətbiqinin təmin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • F&B (Food & Beverage) sektorunda filial meneceri, restoran meneceri və ya oxşar rəhbər vəzifələrdə minimum 3 il iş təcrübəsi;
  • Qəhvə və kafe konseptli müəssisələrdə menecer vəzifəsində minimum 1 il uğurlu iş təcrübəsi mütləqdir;
  • Heyətin idarə olunması, motivasiyası və inkişafı sahəsində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (rus dili biliyi mütləqdir);
  • İngilis dili biliyi üstünlükdür;
  • Satış yönümlü düşüncə tərzi və yüksək təşkilatçılıq bacarığı;
  • Müştəri xidməti və komanda idarəetməsi sahəsində güclü bacarıqlar;
  • MS Office proqramlarında işləmə bacarığı.

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı;
  • Bonus sistemi;
  • Karyera inkişafı imkanları;
  • Dinamik və peşəkar iş mühiti.

Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly624
  • Monthly2070