BERC Group MMC satış komandasına “korporativ satış mütəxəssisi” vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
- Mövcud müştərilərlə münasibətlərin saxlanması;
- Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
- Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
- Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
- Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
- Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
- Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür) ;
- Ali təhsilin olması vacibdir;
- İqtisadi biliklərin olması üstünlükdür.
- Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmalı;
- Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilməli;
- Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
- Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili və ingilis dilləri üzrə bilikləri olması üstünlükdür );
- Komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Təqdimetmə və inandırma bacarığı.
BERC Group MMC sizə nə vəd edir?
- Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
- Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
- Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
- Korporativ nömrə və danışıq paketi.
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.