Marketinq bölmə rəhbəri

  • Deadline 5 Yanvar 2026

BERC Group MMC Marketinq şöbəsinə Marketinq bölmə rəhbəri vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Partnyor şirkətlər üçün ümumi marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Brend inkişafı, bazar mövqelənməsi və kommunikasiya strategiyalarının formalaşdırılması;
  • Marketinq büdcəsinin planlanması, optimallaşdırılması və aylıq nəzarəti;
  • Bazar araşdırmaları, rəqib analizi və trendlərin öyrənilməsi;
  • Satış və digər şöbələrlə koordinasiya edərək inteqrasiya olunmuş marketinq planlarının qurulması;
  • Marketinq, SMM, rəqəmsal marketinq və dizayn komandasının idarə olunması;
  • Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam strategiyasının qurulması;
  • SEO, SEM və e-mail marketinq fəaliyyətlərinə rəhbərlik;
  • Konversiya optimizasiyası və satış səmərəliliyinin artırılması üçün təkliflərin hazırlanması;
  • Sosial media kontent planlarının təsdiqi;
  • PR, kommunikasiya, brend mesajlaşdırma strategiyalarının müəyyən edilməsi;
  • Kreativ kampaniyaların hazırlanması, reklam agentlikləri və partnyorlarla işin koordinasiyası;
  • Yeni məhsullar üçün “Go-to-Market Strategy” hazırlanması və tətbiqi;
  • Həftəlik və aylıq marketinq hesabatlarının hazırlanması;
  • Rəhbərliyə strateji təkliflər və inkişaf planlarının təqdim edilməsi;
  • Sosial media auditoriyası, müştərilər və tərəfdaşlarla düzgün kommunikasiya;
  • Brend reputasiyasının qorunması və inkişaf etdirilməsi;
  • Tədbirlər, təqdimatlar və PR layihələrinin təşkili və idarə edilməsi.

Vəzifəyə dair tələblər:

  • Təcrübə: 5-10 il arası marketing təcrübəsi, 1-2 il rəhbər vəzifədə
  • Təhsil: Biznes və idarəetmə sahəsində ali təhsil.
  • Sertifikatlar: Beynəlxalq sertifikatların olması üstünlükdür.

Texniki səriştələr:

  • Marketinq strategiyası qurmaq və həyata keçirmək bacarığı
  • Rəqəmsal marketinq alətlərini dərindən bilmək
  • SEO, SEM, SMM, Email Marketing proseslərini başa düşmək
  • Rəqib və bazar trend analizi bacarığı
  • Marketinq analitikası, data-driven düşüncə
  • Brend idarəetməsi üzrə bilik və təcrübə
  • Reklam kampaniyalarını optimallaşdırma bacarığı
  • PR və ictimaiyyətlə əlaqələr bacarığı

Davranış səriştələri:

  • Komanda idarəetməsi və motivasiya bacarığı
  • Konfliktlərin idarə olunması
  • Tapşırıqların düzgün bölgüsü
  • Kreativ və innovativ yanaşma
  • Problemləri təhlil etmək və həll yolları təklif etmək
  • İşçilərin təlim və inkişafına dəstək vermək
  • Stress altında operativ qərar vermək qabiliyyəti
  • Aydın, səlis və inandırıcı ünsiyyət bacarığı
  • Effektiv prezentasiya və yazılı kommunikasiya
  • Müştərilərlə və tərəfdaşlarla peşəkar münasibət qurmaq
  • Yüksək məsuliyyətlilik və nəticə yönümlülük
  • Kreativ düşüncə və yeni ideyaya açıq olmaq
  • Adaptasiya və çeviklik (flexibility)

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
  • Nahar yeməyinin təşkili.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər: 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily110
  • Weekly555
  • Monthly555