BERC Group MMC marketinq şöbəsinə Marketinq mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Şirkətin marketinq strategiyasının hazırlanmasında iştirak;
- Aylıq və illik marketinq planlarının icrasının təmin olunması;
- Reklam, PR, sosial media və rəqəmsal marketinq fəaliyyətlərinin koordinasiyası;
- Marketinq kampaniyalarının hazırlanması, həyata keçirilməsi və nəticələrinin ölçülməsi;
- Sosial media, rəqəmsal platformalar və offline reklam fəaliyyətlərinin dəstəklənməsi;
- Rəqib analizlərinin hazırlanması və bazar trend araşdırmalarının aparılması;
- Potensial müştəri seqmentlərinin müəyyən edilməsi;
- Müştəri davranışı və satış göstəriciləri əsasında analitik məlumatların toplanması;
- Məhsul və xidmətlər üzrə təhlil və inkişaf təkliflərinin verilməsi;
- Sosial media üçün kontent hazırlanmasında SMM və dizayn komandalarına dəstək;
- Reklam mətnləri (copywriting), təqdimatlar, broşür və digər marketinq materiallarının hazırlanması;
- Landing page, e-mail kampaniyaları və press-relizlərin hazırlanmasına dəstək;
- Brend imicinin qorunması və vahid kommunikasiya dilinin saxlanılması;
- Şirkətin təşkil etdiyi event, seminar, sərgi, təqdimat və PR tədbirlərinin planlanması və idarə olunması;
- Partner və təchizatçılarla kommunikasiya və koordinasiya;
- Promo aksiyalar üçün kreativ ideyaların yaradılması və icra prosesinə nəzarət;
- Həftəlik və aylıq marketinq hesabatlarının hazırlanması;
- KPI göstəricilərinə uyğun fəaliyyətlərin ölçülməsi;
- Satış, SMM, rəqəmsal marketinq və dizayn komandası ilə koordinasiyalı iş.
Vəzifəyə dair tələblər:
- Təcrübə: Müvafiq sahədə minimum 1-3 illik iş təcrübəsi
- Təhsil: Biznes və idarəetmə sahəsində ali təhsil.
- Sertifikatlar: Beynəlxalq sertifikatların olması üstünlükdür.
Texniki səriştələr:
- Rəqəmsal marketinq, sosial media və reklam sahəsində baza biliklər
- Marketinq alətləri, CRM və analitika platformaları üzrə təcrübə
- MS Office proqramları (xüsusilə Excel, PowerPoint) – yüksək səviyyə
- Sosial media alqoritmləri və reklam platformaları barədə anlayış
- E-mail marketinq alətləri (Mailchimp, SendPulse) üzrə bilik
- Google Analytics və digər ölçüm alətləri barədə baza bilik
Davranış səriştələri:
- Satış yönümlü və nəticəfokuslu düşüncə
- Komanda ilə effektiv əməkdaşlıq
- Kreativlik və yeni ideyalar generasiya etmək
- Problemləri sakit və analitik şəkildə həll etmək
- Kampaniyalarda operativ qərarvermə və situasiya analizi
- Data əsasında düzgün və rasional qərar vermək
- Marketinq fəaliyyətlərini biznes hədəfləri ilə uzlaşdırmaq
- KPI-lara çatmaq üçün sistemli və planlı yanaşma
- Qısa deadline-larda operativ və keyfiyyətli icra
- Rəqəmsal trendlərə və dəyişikliklərə çevik adaptasiya
- Prioritetlərin dəyişməsini düzgün idarə etmək
- Sürətli iş mühitində effektiv və stabil qərarvermə
Portfolionun təqdim edilməsi – mütləqdir.
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.