Marketinq şöbəsinə videoqraf/montajçı

  • Deadline 16 İyun 2025

İş barədə məlumat 

  • Müxtəlif tədbirlər, layihələr, reklam və ya sosial media üçün video görüntülərin çəkilməsi;
  • Kamera, mikrofon və işıq avadanlıqlarının qurulması və tənzimlənməsi;
  • Verilən brif və ya ssenariyə əsaslanaraq çəkiliş planının hazırlanması;
  • Lokasiya seçimi və çəkiliş heyəti ilə koordinasiya;
  • Kameraların, mikrofonların, işıqlandırma və digər texniki vasitələrin sazlığının təmin olunması;
  • Çəkilmiş videoların kəsilməsi, birləşdirilməsi, ardıcıllıqla düzülməsi;
  • Keçidlər (transitions), yazılar (text overlays), loqo, musiqi və effektlərin əlavə olunması;
  • Videoların rəng tənzimlənməsi (color grading);
  • Musiqi, səslər və danışıq səslərinin balanslaşdırılması.

Vəzifəyə dair tələblər:

  • Peşəkar səviyyədə video çəkiliş və montaj bacarıqlarının olması
  • Məsuliyyətli və yenilikçi olmaq
  • Şəxsi videokameranın olması üstünlükdür.
  • Portfolionun olması mütləqdir.

Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C 

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26

  • Daily0
  • Weekly0
  • Monthly1547