Qrafik Dizayn üzrə təlimçi

  • Deadline 21 Dekabr 2025

BERC Group MMC İnsan Kapitalı Mərkəzinə Qrafik Dizayn üzrə təlimçi  vakansiyası üzrə işə qəbul elan edir. Seçiləcək namizədlər BERC İKM daxilindəki daimi təlimlərə və ya layihə əsaslı təlim proseslərinə cəlb ediləcəklər.

İş barədə məlumat:

  • Qrafik Dizayn üzrə dərslərin keçirilməsi (Adobe Photoshop, Illustrator, InDesign və s.)
  • Tədris proqramının hazırlanması və mütəmadi yenilənməsi
  • Real layihələrə uyğun praktiki tapşırıqların hazırlanması
  • Tələbələrin yaradıcılıq və texniki bacarıqlarının inkişaf etdirilməsi
  • Dizayn trendləri, rəng psixologiyası və kompozisiya barədə bilikləri izah etmək
  • Tələbələrin işlərini qiymətləndirmək və vaxtında geridönüş verməkTəlim materialları, praktiki tapşırıqlar və layihələrin hazırlanması
  • Tələbələrin bilik səviyyəsinə uyğun tədris metodlarının tətbiqi
  • Tələbələrin inkişafını izləmək və geridönüş vermək

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Ali təhsilli (müvafiq sahə üzrə ali təhsilin olması arzu olunandır)
  • Müvafiq sahə üzrə minimum 5 il təcrübəsinin olması;
  • Beynəlxalq və ya yerli sertifikatının olması (mütləqdir);
  • Adobe proqramları üzrə peşəkar bilik: Photoshop, Illustrator, InDesign
  • Kreativ düşüncə, yüksək estetik zövq və vizual üslub
  • Portfolionun olması – mütləqdir
  • Mövzunu aydın, praktik və effektiv şəkildə çatdırmaq bacarığı
  • Təlim keçmə təcrübəsi üstünlükdür
  • Figma və ya UI dizayn alətləri üzrə biliklər üstünlük sayılır

Texniki biliklər:

  • Logo, brendinq, vizual identika hazırlanması
  • Poster, sosial media dizaynları, packaging dizayn
  • Typography, rəng nəzəriyyəsi və kompozisiya prinsipləri
  • Mockup, print-ready faylların hazırlanması
  • Vector & raster qrafikanın prinsipləri
  • Fayl formatları və çap parametrləri (CMYK/RGB) üzrə biliklər

Əlavə biliklər:

  • Figma və UI/UX üzrə əsaslar
  • Motion qrafika (After Effects və ya digər animasiya proqramları) – üstünlükdür
  • Canva pro səviyyəsində istifadə bacarığı
  • Sosial media üçün dizayn strategiyası
  • Adobe Lightroom və foto retouch bilikləri
  • Kreativ düşüncə texnikaları və moodboard hazırlamaq bacarığı

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Rəqabət qabiliyyətli əmək haqqı.
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)

Uyğun namizədlər Müraciət Et düyməsində göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily8
  • Weekly8
  • Monthly1655