Rəqəmsal marketinq mütəxəssisi

  • Deadline 5 Yanvar 2026

BERC Group MMC Marketinq şöbəsinə Rəqəmsal marketinq mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Google Ads (Search, Display, Video, Performance Max), Meta Ads (Facebook/Instagram), TikTok Ads, LinkedIn Ads daxil olmaqla bütün rəqəmsal reklam platformalarında kampaniyaların yaradılması və optimallaşdırılması;
  • Kampaniyalar üzrə hədəf auditoriyanın seçilməsi, marketinq hunisinin (funnel) hazırlanması;
  • Remarketing/Retargeting strategiyalarının qurulması;
  • Kampaniyaların CTR, CPC, CPM, Conversion, ROAS kimi göstəricilər üzərindən davamlı optimallaşdırılması;
  • A/B testlərin planlanması, həyata keçirilməsi və nəticələrin təhlili;
  • On-page SEO (meta taglar, strukturlaşdırılmış data, kontent optimizasiyası, URL strukturu);
  • Off-page SEO (backlink strategiyasının qurulması, rəqib link analizi);
  • Açar söz araşdırması (keyword research) və mütəmadi yenilənməsi;
  • Organik trafikin artırılması üçün strategiyaların hazırlanması;
  • Google Analytics 4 (GA4), Google Tag Manager, Search Console və Hotjar vasitəsilə istifadəçi davranışlarının dərindən təhlili;
  • Konversiya xəritələri (heatmap), istifadəçi hərəkət xəritələri (user flow) və funnel analizləri;
  • Kampaniya performansına dair həftəlik, aylıq və kvartal hesabatların hazırlanması;
  • Konversiya optimizasiyası (CRO) proseslərinin idarə edilməsi;
  • Landing page-lər üçün struktur, mətn və dizayn tövsiyələrinin hazırlanması;
  • UI/UX komandası ilə əməkdaşlıq edərək istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
  • Saytın sürətinin, mobil uyğunluğunun və SEO texniki parametrlərinin (Core Web Vitals) təhlili;
  • Kontent planının hazırlanmasında iştirak;
  • Sosial media üçün performans yönümlü (performance marketing) vizual və mətn tövsiyələri;
  • Influencer və blogger əməkdaşlıqlarının performansa əsasən seçimi və təhlili;
  • Rəqiblərin rəqəmsal mövqelənməsi, reklam aktivliyi və SEO performansının təhlili;
  • Bazar trend analizi – yeni platformalar və alətlər üzrə araşdırmalar;
  • Rəqəmsal marketinq üzrə yeniliklərin komandaya təqdim olunması;

Vəzifəyə dair tələblər:

  • Təcrübə: Müvafiq sahədə minimum 2 illik iş təcrübə
  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
  • Sertifikatlar: Beynəlxalq sertifikatların olması üstünlükdür.

Texniki səriştələr:

  • Data-driven düşüncə və qərarvermə bacarığı
  • Əldə olunan nəticələrə əsasən strategiya dəyişiklikləri edə bilmək
  • Reklam büdcələrinin idarəsində real nəticələrə sahib olmaq
  • Google Ads, Meta Ads, TikTok Ads platformalarında peşəkar səviyyədə işləmək
  • HTML/CSS üzrə baza bilik (ciddi üstünlük)
  • Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı
  • Kampaniyalardan çıxan rəqəmləri düzgün şərh etmək və nəticəyə çevirə bilmək
  • E-mail marketinq (Mailchimp, SendPulse, HubSpot – avtomatlaşdırma modulları daxil)

Davranış səriştələri:

  • İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Yaradıcı düşünmə və problem həll etmə bacarığı
  • Problemləri operativ və məntiqli şəkildə həll etmək
  • Strateji düşüncə və dəyişən situasiyalara uyğunlaşma bacarığı

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
  • Nahar yeməyinin təşkili.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər: 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily22
  • Weekly564
  • Monthly564