BERC Group MMC Marketinq şöbəsinə Rəqəmsal marketinq mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Google Ads (Search, Display, Video, Performance Max), Meta Ads (Facebook/Instagram), TikTok Ads, LinkedIn Ads daxil olmaqla bütün rəqəmsal reklam platformalarında kampaniyaların yaradılması və optimallaşdırılması;
- Kampaniyalar üzrə hədəf auditoriyanın seçilməsi, marketinq hunisinin (funnel) hazırlanması;
- Remarketing/Retargeting strategiyalarının qurulması;
- Kampaniyaların CTR, CPC, CPM, Conversion, ROAS kimi göstəricilər üzərindən davamlı optimallaşdırılması;
- A/B testlərin planlanması, həyata keçirilməsi və nəticələrin təhlili;
- On-page SEO (meta taglar, strukturlaşdırılmış data, kontent optimizasiyası, URL strukturu);
- Off-page SEO (backlink strategiyasının qurulması, rəqib link analizi);
- Açar söz araşdırması (keyword research) və mütəmadi yenilənməsi;
- Organik trafikin artırılması üçün strategiyaların hazırlanması;
- Google Analytics 4 (GA4), Google Tag Manager, Search Console və Hotjar vasitəsilə istifadəçi davranışlarının dərindən təhlili;
- Konversiya xəritələri (heatmap), istifadəçi hərəkət xəritələri (user flow) və funnel analizləri;
- Kampaniya performansına dair həftəlik, aylıq və kvartal hesabatların hazırlanması;
- Konversiya optimizasiyası (CRO) proseslərinin idarə edilməsi;
- Landing page-lər üçün struktur, mətn və dizayn tövsiyələrinin hazırlanması;
- UI/UX komandası ilə əməkdaşlıq edərək istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
- Saytın sürətinin, mobil uyğunluğunun və SEO texniki parametrlərinin (Core Web Vitals) təhlili;
- Kontent planının hazırlanmasında iştirak;
- Sosial media üçün performans yönümlü (performance marketing) vizual və mətn tövsiyələri;
- Influencer və blogger əməkdaşlıqlarının performansa əsasən seçimi və təhlili;
- Rəqiblərin rəqəmsal mövqelənməsi, reklam aktivliyi və SEO performansının təhlili;
- Bazar trend analizi – yeni platformalar və alətlər üzrə araşdırmalar;
- Rəqəmsal marketinq üzrə yeniliklərin komandaya təqdim olunması;
Vəzifəyə dair tələblər:
- Təcrübə: Müvafiq sahədə minimum 2 illik iş təcrübə
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
- Sertifikatlar: Beynəlxalq sertifikatların olması üstünlükdür.
Texniki səriştələr:
- Data-driven düşüncə və qərarvermə bacarığı
- Əldə olunan nəticələrə əsasən strategiya dəyişiklikləri edə bilmək
- Reklam büdcələrinin idarəsində real nəticələrə sahib olmaq
- Google Ads, Meta Ads, TikTok Ads platformalarında peşəkar səviyyədə işləmək
- HTML/CSS üzrə baza bilik (ciddi üstünlük)
- Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı
- Kampaniyalardan çıxan rəqəmləri düzgün şərh etmək və nəticəyə çevirə bilmək
- E-mail marketinq (Mailchimp, SendPulse, HubSpot – avtomatlaşdırma modulları daxil)
Davranış səriştələri:
- İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Yaradıcı düşünmə və problem həll etmə bacarığı
- Problemləri operativ və məntiqli şəkildə həll etmək
- Strateji düşüncə və dəyişən situasiyalara uyğunlaşma bacarığı
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Nahar yeməyinin təşkili.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.