SMM menecer

  • Deadline 16 İyun 2025

İş barədə məlumat:

  • Şirkətlərin sosial media hesablarının idarə edilməsi;
  • Aylıq postplanın hazırlanması;
  • Səhifənin strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;
  • Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun rubrikaların yaradılması;
  • Bazar araşdırması, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
  • Reklam kampaniyalarının yaradılması, idarə edilməsi və effektivliyinin ölçülməsi;
  • Dizaynerə briflərin tam və dolğun şəkildə ötürülməsi;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması; 
  • Büdcə planlarının hazırlanması;
  • Hesabatların hazırlanması.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
  • Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
  • İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
  • Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək; (rus-ingilis dili üstünülükdür)
  • MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İdman güzəştləri (Şirkətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı);

Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C 

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26

  • Daily130
  • Weekly130
  • Monthly1668