İş barədə məlumat:
- Şirkətlərin sosial media hesablarının idarə edilməsi;
- Aylıq postplanın hazırlanması;
- Səhifənin strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;
- Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun rubrikaların yaradılması;
- Bazar araşdırması, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
- Reklam kampaniyalarının yaradılması, idarə edilməsi və effektivliyinin ölçülməsi;
- Dizaynerə briflərin tam və dolğun şəkildə ötürülməsi;
- Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması;
- Büdcə planlarının hazırlanması;
- Hesabatların hazırlanması.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
- İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
- Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək; (rus-ingilis dili üstünülükdür)
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı.
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Şirkətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı);
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26