Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis

  • Истекает 23 декабрь 2026

FLARM MMC komandasına “Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. 

İş barədə məlumat:

  • Xarici təchizatçılar (istehsalçılar, rəsmi distribyutorlar və ticarət şirkətləri) ilə yazılı və şifahi danışıqların aparılması, kommersiya şərtlərinin (qiymət, ödəniş, çatdırılma müddəti, zəmanət və s.) razılaşdırılması
  • Xaricdən mal və xidmətlərin satınalma prosesinin planlaşdırılması, təşkili və icrasına tam nəzarət; sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi
  • Qiymət təkliflərinin (quotation, proforma invoice və s.) toplanması, texniki və kommersiya baxımından müqayisəli təhlilinin aparılması və optimal təchizatçı seçiminin əsaslandırılması
  • Satınalma müqavilələrinin, sifariş formalarının və digər aidiyyəti sənədlərin hazırlanması, hüquqi və maliyyə şərtlərinə uyğunluğunun yoxlanılması, müqavilə öhdəliklərinin icrasına nəzarət
  • Mövcud və potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təsdiqlənməsi; təchizatçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi
  • Satınalma xərclərinin azaldılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə bazar araşdırmalarının aparılması və optimallaşdırma üzrə təkliflərin hazırlanması
  • Satınalma əməliyyatları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, rəhbərliyə analitik məlumatların və tövsiyələrin təqdim edilməsi
  • Beynəlxalq ticarət qaydaları, Incoterms, ödəniş formaları (LC, TT və s.) üzrə əməliyyatların düzgün icrasına nəzarət
  • Daxili şöbələrlə (maliyyə, anbar, logistika, istehsalat və s.) koordinasiyalı şəkildə işləyərək satınalma proseslərinin fasiləsizliyinin təmin edilməsi

Vəzifəyə dair tələblər:

  • Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
  • Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr).

Texniki səriştələr:

  • Azərbaycan dili, ingilis dili və rus dili(yüksək səviyyədə)biliyi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

Davranış səriştələri:

  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Məsuliyyətlilik və nəticəyönümlülük
  • Vaxtın düzgün idarə olunması və prioritetləşdirmə bacarığı
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı
  • Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
  • Detallara diqqət və yüksək iş intizamı
  • Təşəbbüskarlıq və davamlı inkişaf istəyi

FLARM MMC sizə nə vəd edir?

  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
  • Korporativ nömrə və danışıq paketi.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən 1000-1400 manat olaraq müəyyənləşdiriləcək.

“FLARM " MMC təkər və ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən dinamik şirkətdir.

Ünvan:

  • Bakı, Abşeron rayonu, Saray qəsəbəsi, Bakı–Sumqayıt yolu (20-ci km, Saray postuna çatmamış, 20 yanvar və Beynəlxalq Avtovağzaldan Saray və Sumqayıt istiqamətində gedən avtobusların dayanacağı iş yerimizdən 200-250 m məsafədə yerləşir.)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily0
  • Weekly89
  • Monthly1567