İş barədə məlumat:
- Şirkətin veb saytında vaxtaşırı düzəlişlər etmək
- Şirkətdaxili marketinq məhsullarına(reklam, promo və digər) yaranan tələbləri müəyyənləşdirmək və sifarişləri həyata keçirmək
- Şirkətin korporativ stilinə uyğun dizayn vizuallarının yaradılmasına nəzarət etmək
- Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək
- Şirkətin sosial media hesablarının yaradılması, kontentlərin hazırlanması və gündəlik idarə olunması
- Şirkətdaxili kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi.
İş şəraiti:
- Əmək haqqı razılaşma əsasında
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən qarşılanır.
Tələblər:
- Ali təhsil
- İngilis dilli biliyi(Intermediate level) zəruridir
- SMM, Reklam və İT sahələrində təcrübə
- MS Office proqramlarından və sosial media hesablarından aktiv istifadə etmək bacarığı
- Windows əməliyyat sistemində işləmə bacarığı
- PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.