Əsas tələblər:
- Ali təhsil (İdarəetmə, Turizm, İctimai iaşə və ya əlaqəli sahələr üzrə arzuolunandır);
- Catering sahəsində ən azı 2-3 il iş təcrübəsi (menecer vəzifəsində təcrübə üstünlükdür);
- Komandanın idarə olunması üzrə təcrübə və liderlik bacarığı;
- Müştəri məmnuniyyəti yönümlü düşüncə və xidmət keyfiyyətinə nəzarət bacarığı;
- Təchizat və logistika proseslərini koordinasiya etmək bacarığı;
- Tədbirlərin təşkili və operativ idarə olunmasında çevik yanaşma;
- Gərgin və çoxşaxəli iş rejimində işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini bilməsi arzuolunandır;
- MS Office proqramları və ya catering idarəetmə proqramları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Gündəlik fəaliyyətin idarə olunması və heyətin koordinasiyası;
- Müştəri sifarişlərinin qəbulu, planlaşdırılması və icrasına nəzarət;
- Müştərilərlə əlaqə quraraq satışların artırılmasına töhvə vermək;
- Müştərilərin istəklərinə uyğun təkliflər hazırlamaq və xidmətlərimizi effektiv təqdim etmək;
- Layihələrdə müştərilərin tələblərinə uyğun düzəlişlər etmək;
- Layihələrin icrasına nəzarət etmək və yaranan problemləri həll etmək;
- Təchizatçılarla əməkdaşlıq və ehtiyacların vaxtında təmin olunması;
- Banket, korporativ tədbir və gündəlik xidmətlərin təşkili;
- Menyu planlamasında və qiymət siyasətinin formalaşdırılmasında iştirak;
- İşçi heyətin qrafikinin tərtibi və performansına nəzarət;
- Keyfiyyət və sanitariya standartlarına riayət olunmasına nəzarət;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Zəngilan rayonu
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 1500 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
WhatsApp: +994 10 311 4152 (yalnız mesajlar üçün).